Bank Of Baku

OPEC-in neft hasilatını sabit saxlayacağı gözlənilir

OPEC-in neft hasilatını sabit saxlayacağı gözlənilir
# 11 oktyabr 2010 08:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 14-də Vyanada (Avstriya) keçiriləcək Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) üzv dövlətlərin görüşündə neft hasilatının dəyişməz saxlanılacağı gözlənilir.

«APA-Economics»in məlumatına görə, buna səbəb inkişaf etmiş ölkələrdə neftə olan tələbatın hələ də bərpa olunmamasıdır. Ötən il neftin qiyməti 78%, bu il isə 4% artmasından sonra kartelin bütün üzvləri hasilat kvotalarını ötüb keçib. Ötən həftə ABŞ-da yanacağa olan gündəlik tələbat 6,4% azalaraq 18,5 mln. barelə düşüb ki, bu da 2004-cü ildən sonra ən yüksək həfətəlik azalmadır.

Xatırladaq ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, Qabon, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR