Bank Of Baku

Azərbaycanda saxta məişət qaz cihazlarının satışdan çıxarılması ilə bağlı tədbirlər gücləndirilib

Azərbaycanda saxta məişət qaz cihazlarının satışdan çıxarılması ilə bağlı tədbirlər gücləndirilib
# 11 oktyabr 2010 10:24 (UTC +04:00)
Komitənin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, məqsəd istehlakçıların hüquq və mənafeləri, insan sağlamlığı və ətraf mühitin qorunması istiqamətində görülən tədbirləri gücləndirməkdən ibarətdir.

Payız-qış mövsümündə qazla işləyən məişət cihazlarına, qızdırıcı avadanlıqlara tələbatın artdığını nəzərə alaraq, istehlakçılardan xüsusi diqqət tələb olunur. Dövlət Komitəsi istehlakçıların nəzərinə çatdırır ki, Azərbaycan Nazirlər Kabinetinin “Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında” 343 saylı Qərarına əsasən qazla və elektriklə işləyən məişət cihazları məcburi sertifikatlaşma prosedurasından keçməli, təhlükəsizliyi təsdiq olunmalı, uyğunluq sertifikatı ilə təmin edildikdən sonra satışa çıxarılmalıdır. Ona görə də istehlakçılar yalnız uyğunluq sertifikatı almış məişət cihazlarını almalı, avadanlıqlar texniki təlimata uyğun quraşdırılmalı, zəruri hallarda idxalçı və ya satış obyekti tərəfindən quraşdırma xidməti tələb olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR