Bank Of Baku

«SOCAR Georgia Gaz» ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb

«SOCAR Georgia Gaz» ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb
# 11 oktyabr 2010 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «SOCAR Energy Georgia» MMC-nin törəmə müəssisəsi olan «SOCAR Georgia Gaz» ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, «SOCAR Georgia Gaz» Gürcüstanın qazlaşdırılmasında iştirak edən birinci şirkətdir. «SOCAR Georgia Gaz» bütün dünyada keyfiyyət və etibarlılıq etalonu sayılan nüfuzlu SGS şirkəti tərəfindən təbii qazın realizasiyası, ixrac edilməsi, distribusiyası, həmçinin qazlaşdırma və qazpaylama şəbəkələrinin istismarı üzrə belə bir sertifikata layiq görülüb.

Qeyd edək ki, 2008-ci ildə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin elan etdiyi tenderdə qalib gəlmiş «SOCAR Georgia Gas» MMC Gürcüstanın 30 şəhər və rayonunda qaztənzimləyici şəbəkənin qurulması istiqamətində fəaliyyət göstərir. ARDNŞ-ın bu törəmə müəssisəsi 3 illik investisiya proqramı əsasında qonşu ölkənin müxtəlif regionlarında yeni qaz kəmərlərinin tikintisi və istismarı işini həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR