Bank Of Baku

«Azərenerji» qışa hazırlığı davam etdirir

«Azərenerji» qışa hazırlığı davam etdirir
# 11 oktyabr 2010 11:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. «Azərbaycan» İstilik Enerji Stansiyasının normal fəaliyyətini davam etdirməsi, o cümlədən payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulmuş işlərin 40%-i artıq başa çatdırılıb.

«Azərenerji»dən «APA-Economics»ə verilən məlumata görə, bura stansiyanın 2-ci enerji blokunun yenidənqurma işləri, 330 kV-lik açıq paylayıcı quruluşda 3 hava kompressorunun əsaslı təmiri də daxildir. 1-ci və 8-ci enerji bloklarında da yenidənqurma işləri davam etdirilir. 6 və 7-ci enerji blokları isə bu ilin 4-cü rübündə yenidən qurulacaq. Paralel olaraq stansiyanın ərazisində hər birinin tutumu 20 min kubmetr olan 6 ədəd ehtiyat mazut çəninin tikintisi başa çatmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR