Bank Of Baku

İndiyədək Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 40 mlrd. dollar olub

İndiyədək Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 40 mlrd. dollar olub
# 11 oktyabr 2010 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Yarandığı gündən indiyədək Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 40 mlrd. ABŞ dolları vəsait daxil olub və bunun 20 mlrd. dolları xərclənib. «APA-Economics»in məlumatına görə, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, vəsaitlərin yarısı qorunub saxlanılır. Qalan vəsait isə Fonddan dövlət büdcəsinə transfer olunub və ya layihələrə xərclənib.

«Fonddan xərclənən vəsaitlərin əsas hissəsi dövlət büdcəsinə transferlərdir. Bundan başqa, bir sıra mühüm layihələr də Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir», - deyə Ş.Mövsümov vurğulayıb.

Fond rəsmisi ARDNF tərəfindən maliəyyələşdirilən layihələr sırasında Bakı-Tiflis-Qars dəmir yolu bağlantısının tikintisi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, Azərbaycan gənclərinin xaricdə təhsil almasını və s. göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR