Bank Of Baku

ARDNŞ-ın dövlət büdcəsinə ödənişləri 19% artıb

ARDNŞ-ın dövlət büdcəsinə ödənişləri 19% artıb
# 11 oktyabr 2010 15:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dövlət büdcəsinə 140,806 mln. manat vəsait ödənilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə ödənilən vəsaitin həcmi ötən ilin müvafiq ayı ilə müqayisədə 20,3% və ya 23,773 mln. manat çoxdur.

Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında ARDNŞ tərəfindən büdcəyə 847,982 mln. manat ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 136,244 mln. manat və ya 19,1% çoxdur.

Bundan başqa, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12,308 mln. manat vəsait köçürüb. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 97,494 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,773 mln. manat və ya 13,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR