Bank Of Baku

Azərbaycan sentyabrda elektrik enerjisi istehsalını 13% azaldıb

Azərbaycan sentyabrda elektrik enerjisi istehsalını 13% azaldıb
# 12 oktyabr 2010 10:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,3 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bu, avqust ayına nisbətən 13,3% az, ötən ilin sentyabrına nisbətən isə 8,3% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında isə ölkənin enerji sistemində 13,8 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1,4% azdır.

Sentyabr ayında Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsini davam etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR