Bank Of Baku

Azərbaycan prezidenti ARDNŞ-in 200 metr hündürlüyündə 42 mərtəbəli yeni inzibati binasının təməlini qoyub

Azərbaycan prezidenti ARDNŞ-in 200 metr hündürlüyündə 42 mərtəbəli yeni inzibati binasının təməlini qoyub
# 12 oktyabr 2010 13:59 (UTC +04:00)
APA-nın məlumatına görə, mərasimdə prezident İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı əvvəlcə binanın hazır vəziyyətini əks etdirən videogörüntülərə, sxemə, eskizinə və maketinə baxıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib ki, inşa ediləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. İki yüz metr hündürlüyündə olacaq binanın 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Binanın konstruksiyası dəmir-beton divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaq. Rixter cədvəli üzrə 9 ballıq zəlzələyə davamlı olacaq binanın layihəsi Kanadadakı xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib.

Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkətinin “külək-alov” konsepsiyası əsasında layihələndirdiyi binanı Türkiyənin “TEKFEN İnşaat” şirkəti tikəcək.

Dövlət başçısı gilizi bünövrəyə buraxıb və beton qarışığı tökən qurğunun düyməsini basıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR