Azərbaycan Prezidenti: “Biz enerji amilindən heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik”
Prezident bildirib ki, bu yaxınlarda “Azəriqaz” və “Azərikimya” şirkətlərinin ARDNŞ-ın tabeçiliyinə verilməsi nəticəsində işlərin daha da səmərəli aparılması üçün lazımi addımlar atılıb: “Bu gün Azərbaycanda qazlaşdırma prosesi uğurla gedir. Qarşıya məqsəd qoyulub ki, qazlaşdırma ölkəmizin 90 faizini əhatə etsin. Bizdən qat-qat çox qaz hasil edən ölkələrdə bu faizin aşağı olduğunu nəzərə alsaq, çox böyük göstəricidir. Biz qazlaşdırmanı 90 faizə çatdırsaq, demək olar ki, bütün bölgələr və bütün əsas yaşayış məntəqələri qazla təmin olunacaq. İndi həm yeni xətlər çəkilir, həm də köhnə xətlər yeniləri ilə əvəzlənir və itkilər azalır. Bu gün kimya sənayesində yeni təşəbbüslərin irəli sürülməsi nəticəsində qarşımızda yeni imkanlar açılır. Biz çox istəyirik ki, yaxın zamanlarda Azərbaycanda yeni, müasir neft-kimya kompleksi tikilsin. Bu, çox böyük vəsait tələb edən layihədir. Dövlət Neft Şirkətində bu layihə üzərində işləyirlər və yaxın zamanlarda yəqin ki, təqdimat olacaqdır. Beləliklə, biz Azərbaycanın enerji potensialından daha da səmərəli şəkildə istifadə edəcəyik. Eyni zamanda yeni iş yerlərinin açılmasına da nail olacağıq”.
Dövlət başçısı qeyd edib ki, bu gün Azəbaycanın qaz anbarlarında 2 mlrd. 500 mln. kubmetr qaz yığılıb: “Bu da tarixi nailiyyətdir. Bu günə qədər heç vaxt belə olmamışdı. Eyni zamanda ixrac imkanlarımız, onun coğrafiyası genişlənir. İmzalanmış kontraktlar və anlaşma memorandumları imkanlarımızı göstərir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır, – həm şirkətlərin, həm də ölkələrin – biz də buna çox müsbət yanaşırıq. Çünki bu, maraqlarımıza uyğundur. Enerji siyasətimiz çox açıqdır, aydındır, birmənalıdır və səmimidir. Bunun bir məqsədi var ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunsun və Azərbaycan həm siyasi, həm iqtisadi amildən istifadə edərək daha da güclü ölkəyə çevrilsin. Biz enerji resurslarımızdan dostluq münasibətlərimizin möhkəmləndirilməsində istifadə etmək istəyirik. Bizim əsas məqsədimiz budur. Biz enerji amilindən heç vaxt başqa məqsədlər üçün istifadə etməmişik və etməyəcəyik. Təbii resurslarımıza ehtiyacı olan ölkələr bunu yaxşı bilirlər və mənim sözlərimi təsdiqləyə bilərlər”.
Prezident İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycan Dövlət Neft Fondunda 20 milyard dollardan artıq vəsait toplanıb: “Bizim ümumi valyuta ehtiyatlarımız 26 milyarddan çoxdur. Onun yeganə mənbəyi Dövlət Neft Şirkətinin fəaliyyətidir. İndi mən müqayisə aparmaq istəmirəm, amma başqa ölkələrdə də hasilatın pay bölgüsü kontraktları imzalanıb. Biz bütün o şərtləri bilirik və görürük ki, ölkəmiz üçün, yəni dövlət üçün ən məqbul şərtlər məhz Azərbaycanda təmin olunub”.
Xəbər Lenti
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb