Bank Of Baku

Odessa-Brodı neft kəməri noyabr ayının sonundan avers rejimdə işləməyə başlayacaq

Odessa-Brodı neft kəməri noyabr ayının sonundan avers rejimdə işləməyə başlayacaq
# 13 oktyabr 2010 14:10 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Odessa-Brodı neft kəməri noyabr ayının sonundan etibarən avers rejimdə işləməyə başlayacaq.

APA-Economics”in “UNİAN”a istinadən xəbərinə görə, bunu Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko bəyan edib.

Nazir bildirib ki, nəql olunacaq ilkin partiya neftin həcmi 80 min ton təşkil edəcək.

Qeyd edək ki, uzunluğu 667 km olan Odessa-Brodı kəməri 2001-ci ildə tikilib. Layihənin ümumi dəyəri 200 mln. ABŞ dolları təşkil edib. Xəzər neftinin Avropaya nəqli üçün nəzərdə tutulan kəmər 2004-cü ildən revers rejimində işləyərək Rusiya neftini nəql edir. 2007-ci ilin oktyabrında Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva Bakı-Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin layihələndirilməsi və tikintisi üçün birgə müəssisə yaradılması haqda saziş imzalayıb. Polşanın «Sarmatiya» boru kəməri müəssisənin bazasında yaradılan eyniadlı Polşa-Ukrayna birgə konsorsiumuna 2008-ci ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstanın Neft-Qaz Korporasiyası və Litvanın «Klaipedos Nafta» şirkəti də daxil olub. 2011-ci ildə tikintisi başa çatacaq kəmər vasitəsilə ildə 40 mln. ton Xəzər neftinin nəqli planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR