Bank Of Baku

Sumqayıtda 61458 ədəd qaz sayğacı quraşdırılıb

Sumqayıtda 61458 ədəd qaz sayğacı quraşdırılıb
# 14 oktyabr 2010 08:39 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində cari ilin sentyabr ayında güzəştsiz əhali kateqoriyası üzrə təbii qaz dəyərinin ödənişi 101,7% təşkil edib.

Sumqayıt Qaz İstismar İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, 2010-cu ilin sentyabr ayı ərzində Sumqayıt şəhərinin güzəştsiz əhali qrupu tərəfindən 214570,36 manat dəyərində, 2145,7 min m3 həcmində təbii qaz istifadə edilib. Ödənişdə 41310 nəfər abonent iştirak edib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərinin güzəştsiz əhali kateqoriyası üzrə təbii qazla təmin olunan abonentlərin sayı 65063 nəfərdir. Şəhər üzrə ümumilikdə 61458 ədəd qaz sayğacı quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR