Bank Of Baku

Bu gün OPEC-in növbəti iclası keçiriləcək

Bu gün OPEC-in növbəti iclası keçiriləcək
# 14 oktyabr 2010 08:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Vyanada Neft İxracatçısı Ölkələri Təşkilatının (OPEC) növbəti iclası keçiriləcək. «APA-Economics»in məlumatına görə, iclasın əsas mövzusu neft hasilatı üzrə kvotanın müzakirəsidir.

Qeyd edək ki, hazırda dünya bazarında müşahidə olunan qiymət səviyyəsi kvotaların OPEC tərəfindən dəyişdirilməyəcəyi ehtimalını artırır. Belə ki, neftin 1 barelinin qiyməti hazırda 83-85 dollar səviyyəsindədir ki, bu da neft ixracatçısı olan ölkələri tam qane edir.

Xatırladaq ki, 2010-cu ilin mart ayında keçirilmiş son iclasda OPEC hasilat üzrə kvotanı dəyişməz (günə 24,84 mln. barel) saxlayıb.

Qeyd edək ki, OPEC-ə Əlcəzair, Anqola, Venesuela, İraq, İran, Qətər, Küveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR