Bank Of Baku

Avropanın qaza olan tələbatı böhrandan öncəki səviyyəsinə 2012-ci ildə çatacaq

Avropanın qaza olan tələbatı böhrandan öncəki səviyyəsinə 2012-ci ildə çatacaq
# 14 oktyabr 2010 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Avropanın qlobal maliyyə böhranından öncəki qaza olan tələbatı 2012-ci ildə bərpa olunacaq.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın «Qazprom» şirkətinin İdarə Heyətinin sədrinin müavini Aleksandr Medvedev bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Avropa İttifaqında daxili istehsalın azalması səbəbindən regionun qaza olan tələbatı artacaq: «Bizim proqnozlara əsasən, 2020-ci ildə Avropa İttifaqı ölkələrinin qaza olan tələbatı və daxili istehsalı arasında ildə 380 mlrd. kubmetr fərq yaranacaq ki, 2030-cu ildə bu rəqəm 440 mlrd. kubmetrə çatacaq».

Qeyd edək ki, «Qazprom» 2010-cu ildə 519 mlrd. kubmetr, 2011-ci ildə 528,6 mlrd. kubmetr, 2012-ci ildə 542,4 mlrd. kubmetr, 2013-cü ildə isə 565,5 mlrd. kubmetr qaz hasil etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR