Bank Of Baku

Azərbaycanın əsas neft emalı zavodu istehsalı 5% artırıb

Azərbaycanın əsas neft emalı zavodu istehsalı 5% artırıb
# 15 oktyabr 2010 11:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda xammalın emalı üzrə proqnoz 5,8% artımla yerinə yetirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ümumilikdə 4 144,1 min ton xammalın emalı proqnozlaşdırılsa da, faktiki olaraq 4 384,7 min ton xammal emal edilib. Bunun da 3 376,2 min tonunu xam neft, 1 008,5 min tonunu isə «Azərneftyağ» Neft Emalı Zavodundan daxil olan yarımfabrikat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, cari ilin 9 ayında ümumi xammal emalı 203,7 min ton çox olub və bu göstərici üzrə artım 4,9% təşkil edib. Belə ki, əsas neft məhsulları kimi tanınan avtomobil benzinləri 1,2%, kerosin və dizel yanacaqları 7,8%, maye qaz istehsalı 30,2% artıb.

Bundan başqa, hesabat dövründə zavodda emal dərinliyi 91,44%-ə çatıb ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,64 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR