Bank Of Baku

Azərbaycanda analoqu olmayan yeraltı yarımstansiya tikilir

Azərbaycanda analoqu olmayan yeraltı yarımstansiya tikilir
# 15 oktyabr 2010 12:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Abşeron Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) mövsümə hazırlıq məqsədilə nəzərdə tutulmuş işlər əsasən başa çatdırılıb.

“Azərenerji” ASC-dən «APA Economicsə» verilən məlumata görə, hazırda Bakı şəhəri ərazisində inşa olunan 110/35/6 kilovoltluq 227 saylı yeraltı yarımstansiyanın təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Orta Asiya respublikalarında belə analoqu yoxdur. Həmin yarımstansiyada istismarı nəzərdə tutulan bütün avadanlıqlar əraziyə gətirilməkdədir. Artıq 6 və 35 kilovoltluq transformatorların avadanlıqlarının yuvalarına quraşdırılması həyata keçirilir.

Qeyd edək ki, yarımstansiyada hər birinin gücü 63 MVA olan 2 ədəd transformator istismar ediləcək. Tamamlanma işlərinin isə təxminən cari ilin sonuna kimi başa çatdırılması gözlənilir.

Şəbəkəyə daxil olan “Suraxanı” yarımstansiyasındakı 40 MVA-lıq, “Nizami” yarımstansiyasında isə 60 MVA-lıq transformatorlar təmirdən sonra sxemə qoşulub. “Azərenerji” ASC-dən verilən məlumata görə, mövsümə hazırlıqla bağlı digər işlərin də noyabrın sonunadək tamamilə başa çatdırılması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR