Bank Of Baku

Reynhard Mitçek: «Nabucco» kəmərinin inşasına 2012-ci ildə başlanacaq»

Reynhard Mitçek: «Nabucco» kəmərinin inşasına 2012-ci ildə başlanacaq»
# 15 oktyabr 2010 12:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu bəyanatla «Nabucco Gas Pipeline International GmbH.» şirkətinin baş direktoru Reynhard Mitçek çıxış edib.

«Layihə ilə bağlı işlər indiyə qədər çox müsbət şəkildə irəliləyib. Cari ildə Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərin Qiymətləndirilməsinə başlanılıb və ictimaiyyətlə müzakirələrin ilk mərhələsi keçirilib, həmçinin Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası ilə mandat məktubu imzalanıb və 4 mlrd. avro civarında potensial maliyyələşdirmə üzrə qiymətləndirmə prosesi başlanıb. Həmçinin biz, uzun müddətə tədarük olunan avadanlıq təchizatçılarının ilkin qiymətləndirilməsi prosesini yekunlaşdırmışıq. İnvestisiyalara dair Yekun Qərarın 2011-ci ildə qəbul ediləcəyi gözlənilir və ehtimal edirik ki, tikinti 2012-ci ildə başlayacaq», - deyə R.Mitçek bildirib.

Onun sözlərinə görə, «Nabucco» layihəsi çərçivəsində ilk qaz mənbələrinin mövcudluğundan asılı olaraq 2015-ci ildə nəql ediləcək: «Boru kəmərinin texniki nəqletmə gücü ildə 31 mlrd. kubmetr təşkil edəcək. Azərbaycan, Türkmənistan və İraqdan xeyli miqdarda qazın təchiz ediləcəyini gözləyirik».

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR