Bank Of Baku

Türkiyənin sənaye və ticarət naziri «Petkim»də olub

Türkiyənin sənaye və ticarət naziri «Petkim»də olub
# 15 oktyabr 2010 13:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Türkiyənin sənaye və ticarət naziri Nihat Ergün İzmir şəhərinə səfəri çərçivəsində «SOCAR-Turcas» birgə müəssisəsinin idarəçiliyində olan «Petkim» Neft-Kimya Şirkətində olub, şirkət rəhbərliyi ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, nazir 1994-1999-cu illərdə Kocaeli Dərincə bələdiyyəsinə rəhbərlik edərkən «Petkim»in İzmit-Yarımcadakı kompleksinin özünün məsuliyyət dairəsində olduğunu və buna görə də şirkəti yaxşı tanıdığını deyib. N.Ergün təmsil olunduğu hökumət tərəfindən «Petkim»in Türkiyə-Azərbaycan qardaşlığının rəmzi kimi qəbul edildiyini və burada həyata keçirilən sərmayə siyasətini diqqətlə izlədiklərini vurğulayıb.

«SOCAR-Turcas» birgə müəssisəsinin icraçı direktoru və «Petkim»in İdarə Heyətinin üzvü Kənan Yavuz şirkət tərəfindən həyata keçirilən sərmayə proqramı barədə məlumat verərək qeyd edib ki, qoyulan sərmayə Türkiyə neft-kimya kompleksinin və ölkə iqtisadiyyatının inkişafına xidmət edir. «Petkim»in ən azı üç dəfə böyümə potensialı olduğunu bildirən K.Yavuz yerli məhsul istehsalının artırılması üçün ən müasir texnikadan istifadə etdiklərini bildirib. Neft-kimya kompleksinə səfər zamanı sənaye və ticarət naziri N.Ergünü İzmir valisi Mustafa Cahit Kırac, Əliağa bələdiyyəsinin rəisi Turqut Oğuz və digər şəxslər müşayiət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR