Bank Of Baku

ARDNŞ-də iqlim dəyişikliklərinə təsirin azaldılması strategiyası müzakirə ediləcək

ARDNŞ-də iqlim dəyişikliklərinə təsirin azaldılması strategiyası müzakirə ediləcək
# 16 oktyabr 2010 10:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ GmbH) ilə birlikdə “ARDNŞ-də iqlim dəyişikliklərinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi” sənədinin layihəsini hazırlayıb.

«APA-Economics»in məlumatına görə, strategiyanın əsas məqsədi ARDNŞ-ın müəssisələri, əməliyyat şirkətləri və birgə müəssisələrində enerji səmərəliliyinin artırılması, enerjiyə qənaət və atmosferə atılan istilik effekti yaradan qazların azaldılması tədbirlərinin həyata keçirilməsi yollarının araşdırılmasıdır.

Oktyabrın 20-də Ekologiya İdarəsində Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun, ARDNŞ-nin, “Azəriqaz”, “Azneft”, “Azərikimya” İstehslat Birliklərinin, emal zavodlarının, əməliyyat şirkətlərinin və birgə müəssisələrinin mütəxəssislərinin iştirakı “ARDNŞ-də iqlim dəyişikliklərinə təsirin azaldılması sahəsində strategiyanın inkişaf etdirilməsi” layihə sənədinin müzakirəsinin keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR