Bank Of Baku

İsrail Avropaya qaz satmaq istəyir

İsrail Avropaya qaz satmaq istəyir
# 16 oktyabr 2010 11:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. İsrail və Yunanıstan hökumətləri Yunanıstana və Avropanın digər ölkələrinə qaz satışı barədə gizli danışıqlar aparır.

«APA-Economics»in xəbərinə görə, İsrailin «Qlobs» qəzeti yazıb ki, gələcək müqavilənin detalları bu həftənin əvvəlində Yerusəlim şəhərinə gələn Yunanıstan nazirinin İsrail baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə edilib.

Qəzetin məlumatına görə, bu müqaviləni Avropa Birliyi də dəstəkləyir. İsrail qazının Avropaya nəqli məsələsi bir qədər əvvəl baş nazir Netanyahunun Yunanıstana səfəri zamanı qaldırılıb və Yunanıstan baş naziri Papandreu ölkəsinin İsrail qazını almağa hazır olduğunu bildirib. Söhbət İsrailin «Leviafan» qaz yatağından çıxarılacaq qazdan gedir, bu həftə həmin yataqda ilk qazma işlərinə başlanıb.

Təbii qazın İsraildən Yunanıstana böyük dərinliyi olan beynəlxalq suların dibi ilə çəkiləcək boru kəməri ilə çatdırılması nəzərdə tutulur. İlkin hesablamalara görə, bu kəmərin çəkilməsi 6 milyard dollara başa gələcək. Analitiklərin fikrincə, bu müqavilə baş tutsa, İsrail gözlənilmədən Avropanın enerji bazarında Livan və Rusiyanın rəqibinə çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR