Bank Of Baku

ARDNŞ dəniz yataqlarında ekoloji monitorinq aparır

ARDNŞ dəniz yataqlarında ekoloji monitorinq aparır
# 18 oktyabr 2010 10:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda Dövlət Neft Şirkətinə məxsus neft-qaz yataqlarında Ekologiya İdarəsi tərəfindən ekoloji monitorinq işlərinə start verilib.

Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, monitorinqin əsas məqsədi istehsalatın ətraf mühitə təsirinin öyrənilməsi, dənizin ekoloji sisteminin tədqiqatlarıdır.

İşlər ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik, istehsalat və məişət tullantılarının idarə olunması sahəsində mövcud qanunvericiliyə, eləcə də ARDNŞ-nin Ekoloji siyasətinin tələblərinə uyğun həyata keçirilir. Bu günlərdə Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən “8 Mart” yatağında monitorinq işləri aparılıb. Monitorinq zamanı yataq ərazisində seçilmiş 15 stansiyada götürülən çöküntü və plankton nümunələri təhlillərin aparılması üçün Ekologiya İdarəsinin Laboratoriyasına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR