Bank Of Baku

Azərbaycan Avropanın Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının illik toplantısında iştirak edib

Azərbaycan Avropanın Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının illik toplantısında iştirak edib
# 18 oktyabr 2010 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Brnoda (Çexiya) Avropanın Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının illik görüşü keçirilib.
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı «Təmiz Şəhər» ASC-nin nümayəndələri təmsil edib. Belə ki, ASC nümayəndələri tərəfindən Bakıda tikilən bərk məişət tullantılarının yandırılması zavodu barədə ətraflı məlumat verilib və bildirilib ki, zavod 2012-ci ildə istismara veriləcək və zavodun fəaliyyəti nəticəsində 231 mln. kVt/saat elektrik enerjisi istehsal ediləcək. «Təmiz Şəhər» ASC-nin nümayəndələri onu da qeyd edib ki, nəticədə Bakıda tullantıların ümumi kütləsi 3, həcmi isə 10 dəfə azalacaq. Zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək. Hazırda Zavod 4-cü nəsil texnologiyaların tətbiqi ilə tikilir.
«Bakı şəhərində tullantıların idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər tədbir iştirakcıları tərəfindən maraqla qarşılanıb. Bundan başqa, tədbirdə tullantıların yandırılması zavodları və bu sahədə istifadə olunan müasir texnologiyalar, onların tətbiqi və rolu mövzularında müzakirələr aparılıb», - deyə «Təmiz Şəhər» ASC-dən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR