Bank Of Baku

Bakıda İranın «Sədid» Şirkətlər Qrupunun təqdimat mərasimi keçirilib

Bakıda İranın «Sədid» Şirkətlər Qrupunun təqdimat mərasimi keçirilib
# 19 oktyabr 2010 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda İranın sənaye sahəsində fəaliyyət göstərən «Sədid» Şirkətlər Qrupunun təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən holdinqın baş əməkdaşı Mahabadi Valiollah «Sədid» Şirkətlər Qrupunun artıq 50 ilə yaxın fəaliyyət göstərdiyini, xoldinqa 13 şirkətin daxil olduğunu və bu şirkətlərin əsasən neft-qaz, boru kəmərləri, sənaye cihazları, alternativ enerji və s. sahələrdə ixtisaslaşdığını bildirib.

«Hazırda Azərbaycanda biznes mühiti kifayət qədər inkişaf edib ki, bu da xarici şirkətlər üçün buraya investisiya yatırmaq üçün gözəl imkan yaradır. Məhz bu səbəbdən biz Azərbaycanda fəaliyyətə başlamaq, bununla da iki ölkə arasında əməkdaşlığı genişləndirmək niyyətindəyik. Artıq biz Azərbaycan Dövlət Neft Şirkəti və «Azərenerji» ASC ilə əməkdaşlığa dair danışıqlara başlamışıq» - deyə M.Valiollah qeyd edib.

Onun sözlərinə görə, «Sədid» Azərbaycanla neft-qaz, enerji və poladəritmə sahəsində əməkdaşlıq etmək, öz məhsul və xidmətlərini Azərbaycan tərəfində təqdim etmək niyyətindədir: «Məhsul və xidmətlərlə yanaşı, «Sədid» Azərbaycana investisiya da yatıra bilər. Artıq bizim holdinq Gürcüstanda elektrik stansiyasının tikintisinə dair razılıq əldə edib və biz istərdik ki, qonşu ölkələrdə analoji işləri yerinə yetirək».

Bundan başqa, tədbirdə «Sədid» holdinqinə daxil olan şirkətlərin nümayəndələri («Petco», «Saba Niru» və s.) fəaliyyətləri və təklifləri haqqında ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR