Bank Of Baku

İran Azərbaycanda 50 su elektrik stansiyası inşa etmək niyyətindədir

İran Azərbaycanda 50 su elektrik stansiyası inşa etmək niyyətindədir
# 19 oktyabr 2010 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sənaye sahəsində fəaliyyət göstərən İranın «Sədid» Şirkətlər Qrupu Azərbaycan tərəfinə ölkədə 50 su elektrik stansiyasının tikintisi təklifi ilə müraciət edib.

«APA-Economics»in məlumatına görə, Azərbaycanda səfərdə olan «Sədid» holdinqinin baş əməkdaşı Məhəbadi Vəliullah qeyd edib ki, Azərbaycan 2020-ci ilədək ölkədə istehsal edilən elektrik enerjisinin 20%-ni təbii enerji (günəş və külək) vasitəsilə əldə etmək niyyətindədir: «Biz bunu külək elektrik stansiyalarının inşası ilə təşkil edə bilərik. Eyni zamanda, biz Azərbaycanda 50 su elektrik stansiyası da inşa edə bilərik».

M.Vəliullah onu da bildirib ki, «Sədid» həmçinin istehsal etdiyi boruları Azərbaycan Dövlət Neft Şirkətinə təqdim və təklif etmək niyyətindədir.

Qeyd edək ki, «Sədid» holdinqinə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 13 şirkət daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR