Bank Of Baku

Samux rayonunun Füzuli kəndinə 18 illik fasilədən sonra qaz verilib

Samux rayonunun Füzuli kəndinə 18 illik fasilədən sonra qaz verilib
# 19 oktyabr 2010 11:49 (UTC +04:00)
Samux. Ayxan Hüseynov - APA. Samux rayonunun daha bir kəndinə mavi yanacağın verilməsi bərpa edilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu gün 1500 əhalisi olan Füzuli kəndinə 18 ildən sonra yenidən mavi yanacaq verilib. Fizuli kəndinə mavi yanacağın verilməsi ьзьn 8 km-lik yeni qaz xətti зəkilib. Bu xətdən 450 abonent yararlanacaq. Fizuli kəndinə mavi yanacağın verilməsi ilə əlaqədar düzənlənən tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və rayonun digər rəsmiləri iştirak edib.

Qeyd edək ki, Samux rayonunun Kür çayının sağ sahilində yerləşən 28 kəndi mavi yanacaqla təmin edilib. Çayın sol sahilində yerləşən 7 kəndə mavi yanacağın verilməsi isə Kür çayı üzərindən зəkiləcək yeni körpünün tikilməsindən sonra mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR