Bank Of Baku

İran Azərbaycana təbii enerjinin istehsalı ilə bağlı təkliflər verib

İran Azərbaycana təbii enerjinin istehsalı ilə bağlı təkliflər verib
# 19 oktyabr 2010 12:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İran Azərbaycanda sənaye sektorunda bir sıra layihələr icra etmək niyyətindədir.

«APA-Economics»in məlumatına görə, Azərbaycanda səfərdə olan İranın «Sədid» holdinqının baş əməkdaşı Mahabadi Valiollah qeyd edib ki, «Sədid» Azərbaycan Sənaye və Energetika Nazirliyində görüş keçirib: «Görüş zamanı biz Azərbaycan tərəfinə təbii enerjinin istehsalı ilə bağlı konkret təkliflər vermişik və bu istiqamətdə layihələri təqdim etmişik. Ümid edirəm ki, aparılan danışıqlar öz bəhrəsini verəcək».

M.Valiollah onu da bildirib ki, öz növbəsində Azərbaycan tərəfi «Sədid» holdinqinə Azərbaycanda gücü 100 mVt olan elektrik stansiyasının tikintisini təklif edib: «Biz Azərbaycanda layihələrin icrası ilə yanaşı, investisiya da yatırmaq niyyətindəyik».

Qeyd edək ki, «Sədid» holdinqinə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 13 şirkət daxildir. Holdinqin hazırkı nizamnamə kapitalı 1,2 mlrd. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR