Bank Of Baku

Azərbaycan İrana pilot sənaye layihələrinin həyata keçirilməsi təklifi ilə müraciət edib

Azərbaycan İrana pilot sənaye layihələrinin həyata keçirilməsi təklifi ilə müraciət edib
# 19 oktyabr 2010 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan öz ərazisində sənaye sahəsində pilot layihələrin həyata keçirilməsi təklifi İran tərəfinə müraciət edib.

«APA-Economics»in məlumatına görə, sənaye sahəsində fəaliyyət göstərən İranın «Sədid» holdinqinin nümayəndələri ilə görüş zamanı Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev bildirib ki, holdinq Azərbaycana sərmaye yatırmaqdan çəkinməməlidir. Belə ki, Azərbaycanda heç bir xarici investisiya indiyədək batmayıb və bata bilməz: «Təklif edirəm ki, İran tərəfi Azərbaycanda su elektrik stansiyaları, külək enerjisi stansiyaları və bu kimi stansiyaların qurulması ilə bağlı pilot layihələr həyata keçirsin».

Azərbaycanda İranın iştirakı ilə təbii enerji istehsalının artırılmasını təlkif edən F.Əliyev onu da bildirib ki, hazırda ölkədəki çaylarda elektrik enerjisinin istehsalı baxımından potensial imkan 35-40 mlrd. kVt/saat həcmində qiymətləndirilir.

Qeyd edək ki, «Sədid» holdinqinə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 13 şirkət daxildir. Holdinqin hazırkı nizamnamə kapitalı 1,2 mlrd. ABŞ dolları təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR