Bank Of Baku

«Azərenerji» prezidenti Etibar Pirverdiyev: «Bakı və Abşeronun enerji təchizatında fasilələr olmayacaq»

«Azərenerji» prezidenti Etibar Pirverdiyev: «Bakı və Abşeronun enerji təchizatında fasilələr olmayacaq»
# 20 oktyabr 2010 08:12 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycanda energetiklərin peşə bayramı qeyd olunur. «APA-Economics»in məlumatına görə, bu münasibətlə «Azərenerji» ASC-nin əməkdaşları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Jurnalistlərə açıqlamasında «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, 20 oktyabr Energetiklər Günü dövlət başçısının fərmanı ilə 2004-cü ildən qeyd olunur.

E.Pirverdiyev 2010-2011-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlərin həyata keçirildiyini, artıq bu sahədə işlərin böyük hissəsinin yerinə yetirildiyini vurğulayıb. «Azərenerji» rəhbəri əsas enerji ötürmə xətlərində müvafiq işlərin həyata keçirildiyini, bu mövsümdə paytaxt Bakı və Abşeron yarımadasının enerji təchizatında fasilələrin olmayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR