Bank Of Baku

Azərbaycanın ixrac etdiyi xam neftin həcmi 17%, dəyəri isə 70% artıb

Azərbaycanın ixrac etdiyi xam neftin həcmi 17%, dəyəri isə 70% artıb
# 20 oktyabr 2010 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 13 568 826,2 min ABŞ dolları dəyərində 23 827 242,1 ton xam neft ixrac edib ki, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan xam neftin dəyəri 70%, həcmi isə 17,3% artıb.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan boru kəmərləri vasitəsilə 31 251 503,3 ton neft nəql edib ki, bunun 1 648 411 tonu Bakı-Novorossiysk, 3 075 565,9 tonu Bakı-Supsa, 26 527 526,4 tonu isə Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql olunub. Eyni zamanda, yanvar-sentyabr ayları ərzində 1 011 251,1 ton xam neft dəmir yolu vasitəsilə yola salınıb.

Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə boru kəmərləri ilə nəql olunan xam neftin həxmi 0,5% artıb, o cümlədən Bakı-Novorossiysk kəməri ilə 11,3%, Bakı-Supsa ilə 1,6% azalıb, BTC ilə isə 1,6% artıb. Dəmir yolu ilə ixrac olunan xam neftin həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR