Bank Of Baku

Azərbaycanda payız-qış mövsümündə elektrik enerjisi sərfiyyatının azalacağı gözlənilir

Azərbaycanda payız-qış mövsümündə elektrik enerjisi sərfiyyatının azalacağı gözlənilir
# 20 oktyabr 2010 13:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda 2010-2011-ci ilin payız-qış mövsümündə gündəlik elektrik enerjisi sərfiyyatının maksimum 60-65 mln. kVt/saat təşkil edəcəyi proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyevin sözlərinə görə, bəzi illərin eyni mövsümündə istehlakın pik həddi 80 mln. kVt/saata çatıb. Ötən mövsümdə isə bu 60 mln. kVt/saat təşkil edib.

Payız-qış mövsümündə enerji sistemində problemlərin yaranmaması üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edən «Azərenerji» prezidenti artıq bəzi rayonlarda smart-kartlı sayğacların tətbiqi nəticəsində istehlakın azaldığını və yığımın artdığını vurğulayıb.

«Bu günədək 220 min ədəd smart-kartlı sayğac quraşdırılıb. Cari ilin ötən dövründə respublika üzrə yığım 92% təşkil edib. Məsələn, ilk sayğaclar Gəncə şəhərində qurulub. Smart-kartlı sayğaclardan əvvəl Gəncədə enerji haqlarının yığımı 15% olduğu halda, indi 100%-dir. İstehlak isə bir neçə dəfə azalıb», - deyə E. Pirverdiyev vurğulayıb.

E.Pirverdiyev onu da qeyd edib ki, Nazirlər Kabineti tərəfindən 2010-cu il avqust ayında keçmiş kolxoz və sovxozlar da daxil olmaqla bir sıra qurumların «Azərenerji»yə olan 1,5 mlrd. manat borcu silinib. Hazırda əhali və iri istehlakçıların «Azərenerji»yə olan borcu 1,6 mlrd. manat təşkil edir ki, bunun 1 mlrd. manatı əhali kateqoriyasından olan abonentlərin, 600 mln. manatı isə iri istehlakçılar və kommersiya qurumlarının borclarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR