Bank Of Baku

Azərbaycan tərəfi Gürcüstan sərhədinədək enerji xətlərinin yenidən qurulmasını gələn ilin sonunadək başa çatdıracaq

Azərbaycan tərəfi Gürcüstan sərhədinədək enerji xətlərinin yenidən qurulmasını gələn ilin sonunadək başa çatdıracaq
# 20 oktyabr 2010 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi layihəsi çərçivəsində Azərbaycanın «Mingəçevir» elektrik stansiyasından Gürcüstan sərhədinədək məsafədə enerji xətlərinin yenidən qurulması və təmiri 2011-ci ilin sonunadək yekunlaşacaq. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

E.Pirverdiyevin sözlərinə görə, xətlər enerjini ötürmək üçün 2012-ci ilin may ayına hazır olacaq. Artıq bu işlərin görülməsi üçün 2010-cu il dövlət büdcəsindən 5 mln. manat ayrılıb.

Azərbaycanın enerji ixracını getdikcə artırdığını deyən E.Pirverdiyev cari ilin ötən dövründə Rusiyaya 150 mln. kVt/saata yaxın enerji icxrac olunduğunu vurğulayıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası tərəfindən bu il İrana 50 mln. kVt/saata, Türkiyəyə isə 120 mln. kVt/saat elektrik enerjisi ixrac olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR