Bank Of Baku

Azərbaycan tezliklə elektrik stansiyalarının faydalı iş əmsalına görə Avropada aparıcı mövqelərə sahib olacaq - FOTO

Azərbaycan tezliklə elektrik stansiyalarının faydalı iş əmsalına görə Avropada aparıcı mövqelərə sahib olacaq - <font color=red>FOTO</font>
# 20 oktyabr 2010 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Cənub» elektrik stansiyası istifadəyə veriləndən sonra Azərbaycan elektrik stansiyalarının faydalı iş əmsalına görə Avropada lider dövlətlərin sırasına qouşalacaq. «APA-Economics»in məlumatına görə, bunu 20 oktyabr Energetiklər Günü münasibəti ilə keçirdiyi mətbuat konfransında «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələr barədə məlumat verən E.Pirverdiyev bildirib ki, hazırda ölkədə əsas yüksək gərginlikli xətlərin yenidən qurulması işləri aparılır. Həmçinin, yeni yarımstansiyalar, kiçik su elektrik stansiyaları tikilir. Alternativ enerji mənbələrindən istifadə məqsədi ilə ölkənin külək kadastrı hazırlanıb və külək enerjisindən istifadə məqsədi ilə Sumqayıt şəhəri yaxınlığında pilot layihə həyata keçirilir. Həmçinin, Qafqazda ilk dəfə olaraq Azərbaycanda aparılan yeraltı yarımstansiyanın inşası işləri tamamlanma mərhələsindədir.

E.Pirverdiyev İranın Araz çayı üzərində, Azərbaycanın ermənilərin işğalı altında olan Cəbrayıl rayonu ilə sərhəddə «Xudafərin» su elektrik stansiyasında apardığı tikinti işlərinə də münasibət bildirib. «Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında bununla bağlı protokol imzalanıb. Hazırda orada tikinti işləri aparılır», - deyən E.Pirverdiyev bu stansiyanın necə istifadə olunacağı və digər bu kimi mübahisəli məsələlər barədə ətraflı məlumat verə bilməyəcəyini qeyd edib.

Sonda «Azərenerji» ASC tərəfindən bu il ali məktəblərin energetika fakültələrinə 500-dən çox bal toplayaraq qəbul olunmuş 22 tələbəyə və energetika sahəsindən yazan jurnalistlərə mükafatlar təqdim olunub. Tələbələrə mükafatları təqdim edən «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov bildirib ki, son illər enerji sektorunda işləmək üçün gələn məzunların biliyi qənaətbəxş deyil: «Bu yaxınlarda 22 nəfər iş üçün gəlmişdi. Energetika fakültəsini bitirmiş bu gənclərdən yalnız 5 nəfəri orta qiymətə layiqdir. Qalanları heç oxuduğu məktəbin yerini, fakültəsinin dekanını, diplom işinin mövzusunu belə bilmədi».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR