Bank Of Baku

Bakı əhalisinin alternativ enerjidən istifadəsi genişlənmək üzrədir

Bakı əhalisinin alternativ enerjidən istifadəsi genişlənmək üzrədir
# 21 oktyabr 2010 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda külək və günəş elektrik stansiyalarının tətbiqi genişlənmək üzrədir.

Bu barədə «APA-Economics»ə Azərbaycanın «Total Energy» şirkətinin baş mühasibi xanım Sevda Kərimova məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkədə sözügedən stansiyaları özəl şirkətlər, dövlət müəssisələri və digər obyektlər sifariş edərək quraşdırır: «Bizim şirkət Quba-Qusar zonasında, Şəmkirdə və digər bölgələrdə külək və günəş elektrik stansiyalarını quraşdırıb. Ölkə əhalisinə gəldikdə, yəni fiziki şəxslər - şəxsi evlərdə, əsasən də Bakının kənd yerlərində olan bağ evlərində analoji avadanlıqlar quraşdırılır».

Qeyd edək ki, «Total Energy» şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Şirkət külək və günəş vasitəsilə əldə olunan elektrik enerjisi avadanlıqlarının quraşdırılması sahəsində fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR