Bank Of Baku

«Azərenerji»də «Qaynar xətt» fəaliyyətə başlayıb

«Azərenerji»də «Qaynar xətt» fəaliyyətə başlayıb
# 21 oktyabr 2010 12:42 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bundan sonra vətəndaşlar elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem, təklif və suallarla sutka ərzində istənilən vaxt “Azərenerji” ASC ilə əlaqə yarada biləcəklər. Bu, “Azərenerji” ASC-də “Qaynar xətt”in fəaliyyətə başlaması ilə mümkün olacaq.

“Azərenerji”nin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, “Qaynar xətt”in yaradılmasında əsas məqsəd enerji istehlakçılarının elektrik şəbəkələrinə gəlmədən operativ məlumatlandırılması, elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problemlərin vaxtında həll edilməsi, həmçinin təklif, ərizə və şikayətlərin qəbulunda operativliyin daha da artırılmasıdır.

Bundan sonra vətəndaşlar elektrik enerjisi təchizatı ilə bağlı yaranmış problem, təklif və suallarla sutka ərzində istənilən vaxt 186 nömrəsinə zəng edə bilərlər. Eyni zamanda istehlakçılar “Qaynar xətt” vasitəsilə elektrik enerjisindən istifadə qaydaları və onun tətbiqi, eləcə də elektrik enerjisi sistemi ilə bağlı onları maraqlandıran digər suallara da cavab ala biləcəklər. Bu xidmətdən əsasən Səhmdar Cəmiyyətin paylayıcı elektrik şəbəkə müəssisələrinin xidməti ərazilərində olan elektrik enerjisi istehlakçıları istifadə edə biləcəklər. Yeri gəlmişkən, “Qaynar xətt” telefonu ilə respublikanın istənilən regionundan stasionar, habelə mobil telefonlardan birbaşa, ödənişsiz əlaqə saxlamaq olar.

Xatırladaq ki, “Azərenerji” ASC respublikada elektrik enerjisi istehsalının və ötürülməsinin idarə edilməsini həyata keçirir. Bununla yanaşı, Səhmdar Cəmiyyət hazırda Bakı şəhəri və onun rayonları və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin digər ərazilərində elektrik enerjisinin paylanmasını həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR