Bank Of Baku

«Azərenerji» «SCADA» layihəsi üzrə işləri bu ilin sonunadək başa çatdıracaq

«Azərenerji» «SCADA» layihəsi üzrə işləri bu ilin sonunadək başa çatdıracaq
# 22 oktyabr 2010 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin sonunadək «Azərenerji» ASC enerji sisteminin operativ fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən «SCADA» layihəsi üzrə işləri başa çatdıracaq.

ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, artıq layihədə nəzərdə tutulan bir sıra işlər, o cümlədən optik kabellərin çəkilməsində, avadanlıqların quraşdırılmasında sınaq işləri həyata keçirilib.

«SCADA» sisteminin tətbiqi nəticəsindən artıq bir sıra stansiya və yarımstansiyaların siqnalizasiya sistemi yeniləşdirilib, uzaq məsafədən idarəetmə və ölçmə üçün imkanlar yaranıb. Rabitəçilər mövcud avadanlıqların yeni sistemə adaptasiyası ilə bağlı işləri də yekunlaşdırıb. Həmçinin Şirvan rayonunda inşa edilən yeni “Cənub” Elektrik Stansiyasının ərazisində optik kabellərın çəkilişi bu günlərdə başa çatdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində ölkənin qərb və cənub bölgələrində enerjinin istehsalına və ötürülməsinə nəzarət üçün optik kabellərdən istifadə etməklə aparılan kommunikasiya işləri yekunlaşıb.

Eyni zamanda «Abşeron» və «Yaşma» yarımstansiyaları arasında uzun illərdən bəri istismar edilən avadanlıqlar yeniləri ilə əvəz olunub. Sözügedən yarımstansiyalar arasında ABB şirkətinin «ETL-640» markalı avadanlıqlarının quraşdırılması, «Şahdağ» stansiyasından, həmçinin «Xaçmaz» yarımstansiyasından «Abşeron» yarımstansiyasına qədər olan ərazidəki bütün avadanlıqların yeniləşdirilməsi nəticəsində bu istiqamətlərdə rabitənin keyfiyyəti dəfələrlə yüksəlib.

Qeyd edək ki, optik kabel xətlərinin çəkilməsi, kabel xətlərinin quraşdırılması ilə yanaşı, hazırda yeni ATS-lərin quraşdırılması da davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR