Bank Of Baku

Azərbaycan qızıl ehtiyatını artırır

Azərbaycan qızıl ehtiyatını artırır
# 22 oktyabr 2010 12:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayı ərzində Azərbaycanda hasil olunan qızılın həcmi avqust ayı ilə müqayisədə 31,5% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təkcə sentyabr ayında Azərbaycanda 200 kq qızıl çıxarılıb, halbuki avqustda bu rəqəm 263 kq təşkil edib. Nəticədə, ötən ay ölkədə qızıl hasilatı iyul ayı ilə müqayisədə 87,8% və ya 123 kq artıb. Sentyabrda hasil olunan qızılın həcmi cari ilin yanvar ayı ilə müqayisədə 2,1 dəfə artıb.

Cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycanda hasil olunan qızılın ümumi həcmi 1,4 ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda qızıl hasilatına Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən 2009-cu ilin may ayında başlanılıb. Hazırda Azərbaycanın 99,5 kq həcmində qızıl ehtiyatları mövcuddur. Yaxın vaxtda bu miqdara daha 100 kq əlavə olunacaq, ilin sonuna kimi qızıl ehtiyatlarının həcmi yenidən artıracaq.

Xatırladaq ki, qızıl ehtiyatları Azərbaycanda hasil olunan qızılın alınması və onun İsveçrədə emal edilməsindən sonra əldə olunan qızılın hesabına formalaşır. Qızılın 1 unsiyasının qiyməti hazırda dünya bazarlarında 1 325,6 ABŞ dollarına bərabərdir ki, bu da ilin əvvəli ilə müqayisədə 18,5% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR