Bank Of Baku

Rusiya baş nazirinin müavini: “Nabucco” layihəsinin heç bir perspektivi yoxdur

Rusiya baş nazirinin müavini: “Nabucco” layihəsinin heç bir perspektivi yoxdur
# 22 oktyabr 2010 13:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA-Economics. Xəzər regionundan Avropaya Rusiyadan yan keçməklə qaz nəqlini nəzərdə tutan “Nabucco” qaz kəməri layihəsinin heç bir perspektivi yoxdur.

APA-Economics”in Rusiya KİV-nə istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya hökumətində yanacaq-enerji kompleksinə cavabdeh olan baş nazirin müavini İqor Seçin deyib.

Seçin hesab edir ki, Türkmənistan tərəfinin, Avropa və dünya ekspertlərinin qiymətləndirmələrini nəzərə alaraq demək olar ki, «Nabucco»nun perspektivi yoxdur: “Qaz bazarında hazırkı vəziyyət də onu göstərir”.

Onun fikrincə, qaz nəqlinin həcmini artırmaq üçün real perspektiv olmadığından, “Nabucco” layihəsinin həyata keçirilməsinə ehtiyac yaranmır: “Həmin vaxta kimi “Şimal axın” işləməyə başlayacaq, “Cənub axın” üzrə inkişaf olacaq. Bu layihələr müddətinə və mənbələrinə görə prioritet təşkil edəcək”.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Qaz kəmərinin inşasına 2012-ci ildə başlanacaq.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR