Bank Of Baku

Rusiya və Türkmənistan Xəzəryanı Qaz Boru Kəmərinin tikintisini təxirə salır

Rusiya və Türkmənistan Xəzəryanı Qaz Boru Kəmərinin tikintisini təxirə salır
# 23 oktyabr 2010 09:37 (UTC +04:00)
«APA-Economics»in RBC-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini İqor Seçin «Kommersant» qəzetinə bildirib. O, bəyan edib ki, bunun əsas səbəbi Avropa İttifaqında qaza olan tələbatın artımının gözlənilməsi ilə bağlıdır. Onun sözlərinə görə, Avropa qaz bazarı kiçik templərlə artacaq ki, belə şəraitdə Avropaya qaz nəqlinin artırılması çətinləşir.

Eyni zamanda İ.Seçin söhbətin layihənin həmişəlik dondurulmasından getmədiyini və gələcəyin bazardakı vəziyyətindən asılı olduğunu vurğulayıb.

Maraqlı məqamlardan biri odur ki, Rusiya KİV-in məlumatına görə, türkmən diplomatları bildirirlər ki, Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinin dondurulması ölkə prezidenti Qurbanqulu Berdımühəmmədovu narazı salıb və bu, Türkmənistanın «Nabucco» layihəsinə qoşulması istəyini möhkəmləndirir.
«Kommersant»ın məlumatına görə, rəsmi Aşqabadı bu fikirdən daşındırmaq üçün «Qazprom» Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri layihəsinə qoşulmaq üçün Türkmənistanla danışıqlara başlayıb. «Qazprom» bu layihədə həmçinin investor kimi çıxış etməyə hazırdır ki, bu da Rusiyanın Türkmənistana Asiya qaz bazarına çıxışında kömək etməsi kimi qiymətləndirilir və Türkmənistanın «Nabucco» layihəsinə qoşulmamasına xidmət edir.
Qeyd edək ki, İ.Seçin «Nabucco» layihəsi barədə danışarkən, onun perspektivlərinin olmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR