Bank Of Baku

Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi yanvar-sentyabr aylarında 2% artıb

Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi yanvar-sentyabr aylarında 2% artıb
# 23 oktyabr 2010 10:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın mədənçıxarma bölməsində istehsalın həcmi 15,5 mlrd. manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,1% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan müəssisələr tərəfindən 32,2 mln. ton və ya 2,5% çox neft, 7,8 mlrd. kubmetr və ya 5,2% çox əmtəəlik təbii qaz hasil edilib.
Bununla yanaşı, mədənçıxarma bölməsində fəaliyyət göstərən sahibkarlar tərəfindən yanvar-sentyabr aylarında 2 699,5 min ton çınqıl, qırma daş, xırda çay daşı, 946,6 min ton tikinti qumu, 283,4 min ton inşaat üçün əhəng daşı və s. istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR