Bank Of Baku

«Azərikimya» İstehsalat Birliyi yeni layihələr üzərində iş aparır

«Azərikimya» İstehsalat Birliyi yeni layihələr üzərində iş aparır
# 25 oktyabr 2010 07:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyində (İB) istehsalat potensialının artırılması, dünya bazarına çıxarılan kimya məhsullarının keyfiyyətinin və çeşidinin artırılması üçün yeni texnoloji layihələr hazırlanıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Birliyin Etilen-Polietilen Zavodunda görülən tədbirlər nəticəsində tamamilə yeni xammal növlərinin – neftin əvvəllər bu kompleksdə istifadə olunmamış müxtəlif fraksiyalarının emal edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Etilen-Polietilen Zavodunda yeni bir istehsalat sahəsinin - polipropilen kompleksinin və bu məqsədlə yeni qazayırma qurğusunun tikilməsi də planlaşdırılır. Yeni layihələr üzrə tikiləcək qurğular sayəsində əsas xammalın – qiymətli neft fraksiyaları olan propan-propilen, butan-butilen və quru qazın emal dərinliyi artırılacaq, məhsulların çeşid müxtəlifliyi təmin olunmaqla yüksək məhsuldarlıq əldə ediləcək. Etilen-Polietilen Zavodunun perspektiv inkişafı üçün yeni dövri su sisteminin yaradılması və azot-oksigen qurğusunun inşası da planlaşdırılır. Hazırda bu layihələrin reallaşması üçün danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR