Bank Of Baku

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artırıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb, qazın nəqli isə artırıb
# 25 oktyabr 2010 09:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 37,3 mln. ton və ya ötən ilin analoji dövründəkindən 1,8% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin 76,7%-ni ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və ötən aylar ərzində bu kəmər vasitəsilə 28,6 mln. ton neft ötürülüb ki, 2009-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu göstərici 0,3% azalıb. Cari ilin iyul ayından başlayaraq BTC kəməri ilə iki ay ərzində 659,5 min ton Türkmənistan nefti nəql edilib.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 13,1 mlrd. kubmetr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,2% çox qaz nəql edilib. Nəql edilmiş qazın 30,9%-i Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 4,1 mlrd. kubmetr qaz ötürülüb. Ötən ilin analoji dövrü ilə müqayisədə sözügedən kəmər vasitəsilə qaz nəqlinin həcmi 8% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR