Bank Of Baku

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqlayıb

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqlayıb
# 25 oktyabr 2010 14:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

ARDNF-dən «APA-Economics»ə verilən məlumata görə, bu gün MHŞT üzrə Hökumət Komissiyası Azərbaycan hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (XIII) hesabatını açıqlayıb. Hesabat 2010-cu ilin ilk 6 ayını əhatə edir. «Mur Stefens» audit şirkəti tərəfindən yoxlanılmış hesabata eyni zamanda hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir. İclasda MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər geniş müzakirə olunub.

Xatırladaq ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüs olmaqla neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR