Bank Of Baku

Azərbaycanda iqlim dəyişikliklərinin təsirinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycanda iqlim dəyişikliklərinin təsirinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 26 oktyabr 2010 13:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Almaniya İqtisadi Tədqiqatlar İnstitutu («DIW econ GmbH.») və Dünya Bankının «Qlobal Qaz Yandırılmalarının azaldılması üzrə tərəfdaşlıq Təşkilatı»nın (GGFR) birgə təşkilatçılığı ilə Bakıda «İqlim dəyişmələrinə təsirin azaldılması ilə əlaqədar Xəzəryanı ölkələrin neft-qaz şirkətlərinin təşəbbüsləri – regionlararası təcrübə mübadiləsi» mövzusunda beynəlxalq konfrans keçiriləcək.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 30-da keçirilməsi nəzərdə tutulan konfransın əsas məqsədi, ARDNŞ-in Ekologiya İdarəsinin Almaniya İqtisadi Tədqiqatlar İnstitutu və GGFR təşkilatı ilə birgə hazırladığı araşdırmalarının təqdim edilməsidir. Toplantıda Azərbaycan və Xəzəryanı ölkələrin neft-qaz şirkətlərinin, nazirlik və təşkilatların, qeyri-hökümət qurumlarının iqlim dəyişmələri sahəsində gördüyü işlər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq. Konfransda Dünya Bankı, Almaniyanın Ətraf mühit, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi Nazirliyi, Xəzəryanı ölkələrin bir sıra neft-qaz şirkətləri və QHT-lər də daxil olmaqla 70 təşkilatdan 120 nəfərin iştirakı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR