Bank Of Baku

Azərbaycanın kimya sənayesində məhsul istehsalı 8% artıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı 8% artıb
# 27 oktyabr 2010 06:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatlarının istehsalı müəssisələri tərəfindən 161,7 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Stiatiska Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə məhsul istehsalı kimya sənayesində 7,7% artıb, rezin və plastmas məmulatları istehsalında 6,1%, əczaçılıq məhsullarının istehsalında isə 9% azalıb.

Əsas kimya məhsullarından polietilenin istehsalında 17%, izopropil spirtinin istehsalında 34,9%, lak-boya məmulatlarının istehsalında 90% artım müşahidə olunub. Rezin və plastmas məmulatlarından bərk polietilen boruların, borucuqların və qolların istehsalı 2,1 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR