Bank Of Baku

Azərbaycan Səthi Aktiv Maddələr Zavodunda elektroliz istehsalatını bərpa edib

Azərbaycan Səthi Aktiv Maddələr Zavodunda elektroliz istehsalatını bərpa edib
# 27 oktyabr 2010 07:10 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Səthi Aktiv Maddələr Zavodunda (SAM) elektroliz istehsalatının fəaliyyəti bərpa olunub.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumatına görə, uzun fasilədən sonra elektroliz vannaları yenidən yüklənib, maye xlor və kaustik soda istehsalına başlanılıb. Xatırladaq ki, SAM zavodunun əsas istehsalat sahəsinin fəaliyyəti 2009-cu ilin dekabrından tamamilə dayandırılmışdı. «Azərikimya» ARDNŞ-in tərkibinə daxil edildikdən sonra, müəssisədə elektroliz istehsalının bərpası üçün işlərə başlanıb. İstehsalatın təmirə və yeniləşməyə xüsusi ehtiyacı olan kondensator şöbəsində təmir-bərpa işləri aparılıb. İstehsalın bərpası nəticəsində müəssisədə maye xlor və kaustik soda ilə yanaşı xlorid turşusunun alınması da təmin edilib. Elektroliz istehsalatının işə salınması nəticəsində maye xlorun alınması Birliyin digər bir müəssisəsinin – Üzvi Sintez Zavodunun fəaliyyətinin bərpası üçün də vacibdir - həmin zavodun xammalla təchizatı məsələsi həllini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR