Bank Of Baku

Azərbaycan Bakı buxtasının təmizlənməsi üçün yeni gəmi alıb - FOTO

Azərbaycan Bakı buxtasının təmizlənməsi üçün yeni gəmi alıb - <font color=red>FOTO</font>
# 27 oktyabr 2010 07:18 (UTC +04:00)
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ötən gün Yaxt Klubda gəmiyə baxış zamanı bildirilib ki, əsas etibarı ilə dəniz səthindən neft məhsulları və məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş «Bulvar-1» gəmisi Dövlət Neft Şirkətinin sifarişi əsasında Türkiyənin Beşiktaş Gəmi İnşaat Şirkəti tərəfindən inşa edilib. Uzunluğu 12,4 metr, eni 3,2 metr olan bu gəmi dəniz səthindən neft təbəqəsinin yığılması üçün əlavə olaraq, hər birinin həcmi 4 ton olmaqla 2 ədəd çən (tank), xüsusi avadanlıq (skimmer), 50 metr uzunluğunda üzən bon çəpər və 10 tonluq üzən çən (tank) ilə təchiz edilib. Gəminin iş prinsipi ilə tanışlıqdan sonra ARDNŞ rəhbərliyi bildirib ki, «Bulvar-1»-in təyinatı üzrə fəaliyyətindən asılı olaraq, gələcəkdə daha iritutumlu analoji gəmilərin alınması məsələsinə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR