Bank Of Baku

Çexiya Azərbaycandan mavi yanacaq ixrac etməkdə maraqlıdır

Çexiya Azərbaycandan mavi yanacaq ixrac etməkdə maraqlıdır
# 27 oktyabr 2010 11:16 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Çexiyanın Azərbaycandakı səfiri Radek Matula bildirib ki, Çexiya hökuməti Cənub energetika dəhlizi layihəsini dəstəkləyir. Bu layihənin əsas hissəsi «Nabucco» qaz kəməri olacaq, məqsəd isə təbii qaz mənbələrinin diversifikasiyası ilə bağlıdır.

Səfir bildirib ki, Çexiyanın qaza olan illik tələbatı 8-8,5 mlrd. kubmetr təşkil edir. R.Matula ölkəsinin Azərbaycandan almaq istədiyi qazın həcmini dəqiqləşdirə bilməsə də, qaz mənbələrinin diversifikasiyası məsələsinin Çexiya üçün çox vacib olduğunu bildirib. «Qaz mənbələrinin şaxələnməsi ölkənin təhlükəsizliyini artırır. Cənub enerji dəhlizi isə təkcə Çexiyanın deyil, bütün Avropanın enerji təhlükəsizliyini artıracaq. Hazırda Çexiyanın təbii qaza olan tələbatının 73-78%-i Rusiya, qalan hissə isə Norveç qazı hesabına ödənilir», - deyə səfir əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR