Amerikalı ekspert: “Hazırda Azərbaycan Avropa bazarına alternativ qaz göndərə biləcək yeganə Xəzər təchizatçısıdır” - MÜSAHİBƏ
- Siz bu yaxınlarda Azərbaycana səfər etməyi planlaşdırırsınız. Səfərdə məqsəd nədir?
- Noyabr ayında Bakıya səfər edəcəyəm. Noyabrın 15-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən Avropa-Xəzər enerji körpüsünün funksional və etibarlı inkişafı mövzusunda proqram təşkil olunacaq. Burada maraqlı müzakirələr gözlənilir. Mən həm də köhnə və yeni həmkarlarımla görüşmək imkanı əldə edəcəyəm.
- Doğrudan da Avropa-Xəzər enerji körpüsünün etibarlı inkişafını necə təmin etmək olar? Avropada təbii qaza tələbat və qazın qiyməti ilə bağlı hansı uzunmüddətli gözləntiləriniz var? Enerji mənbələrinin diversifikasiyasında və Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionu, xüsusilə də Azərbaycanın rolu nədən ibarətdir?
- Beynəlxalq Enerji Agentliyinin və ABŞ Enerji İnformasiya İdarəsinin proqnozlarına görə, 2035-ci ilə qədər Avropada təbii qaza yüksək tələbat olacaq. Amerika Bankının (Bank of America) hesablamalarına əsasən 2009-cu ildə Avropanın qaza tələbatı 5 faiz, yəni 27 milyard kubmetr azalıb. 2007-ci ilin sonlarından başlayan böhran bu sahəyə də təsir edib və 2008-ci ildə neftlə birlikdə qazın da qiyməti yüksək həddə çatıb. “Merril Lynch”in hesabatlarına görə, 2011-ci ilin sonuna kimi təbii qaza olan tələbat böhrandan əvvəlki, yəni 2008-ci ildəki səviyyəsinə çatmayacaq. Qərbi Avropa dövlətlərinin iqtisadiyyatları bərpa olunduqca sənaye və xidmət sahələrində tələbatın da artacağı gözlənilir ki, bu da qiymətlərin yüksəkliyinə işarə vurur.
Avropanın qaz tələbatına təsir edən başqa amillər də nəzərə alınmalıdır. Avropa iqtisadiyyatının deindustrializasiyası indiki şəraitdə labüd meyllərdən biridir. Digər istiqamət Avropa Birliyinin diqqəti tələbatın idarə olunmasına yönəltməsidir ki, bu da enerji effektivliyini artırmaq üçün görülən tədbirlər vasitəsilə həyata keçirilir. Üçüncüsü Avropanın real qaz əmtəə bazarında inkişafdan asılıdır. Əgər Avropa özünün ənənəvi qaz qiymətləri strukturundan uzaqlaşsa və daha intensiv real əmtəə bazarından ruhlansa, onda dünya bazarına çıxışı olan alternativ qaz təchizatçılarının qoyduqları qiymətə təsir edə bilər.
İstehsalçının fikrincə, 2030-2035-ci illərdə Avropa bazarlarında gözlənilən tələbat (100-150 milyard kubmetr) qazın qiymətinin həddən çox yüksələcəyindən xəbər verir. Qazın atmosfer tullantısı enerji istehsalında ənənəvi yanacaq sayılan kömürdən daha azdır, buna görə də Avropanın enerji istehsalında yanacaq kimi qazı seçməsi də vacibdir. Avropanın ilkin enerji tələbatında təbii qazın payı məhz bu ehtimallara əsasən artır.
Qazın gələcək qiymətlərində digər qeyri-müəyyən təyinedici amil isə neftin qiymətidir. Maye yanacağın qiyməti artdıqca, neft və qazın qiyməti arasında asılılıq qazın qiymətinin də altı-doqquz ay müddətində artmasına səbəb olur. Amma onu da qeyd etmək lazımdır ki, son iki ildə neftlə qazın qiymətləri arasında asılılıq qeyri-rəsmi olaraq aradan qaldırılıb.
2008-ci ilin ikinci yarısında hər iki sektorda qiymətlər aşağı düşüb, amma OPEC kartelinin dünya neft bazarını kifayət qədər təchiz etməməsi sayəsində neftin qiyməti süni olaraq qaldırılır və bu da neftin üstünlük təşkil etdiyi nəqliyyat sektoruna təsir edir. Qazın qiyməti daha gec artır. Bəzi analitiklərin fikrincə, qaza tələbatla tədarük arasında uyğunsuzluqlar 2008-ci ildə qazın qiymətinin artmasına səbəb olub və bu vəziyyət 2009-cu ilin birinci rübündə də davam edib.
Avropa maye qaz infrastrukturunun inkişafı qaz istehsalçılarına çıxışın diversifikasiyasnda mühüm rol oynayacaq. Bu, həm də Rusiyanın dominionluq etdiyi Avropa idxal bazarında da vəziyyəti dəyişə və əlavə bazarların yaradılmasına səbəb ola bilər. Bu proqnozlar yekun qiymətin müəyyənləşməsində çətinlik yaradır. Avropaya maye qaz idxalı bazarda ab-havanı artıq mülayimləşdirib. ABŞ-ın maye qazla yüklənmiş gəmilərinin digər bazarlara, o cümlədən Avropaya istiqamətlənməsini də qeyd etmək lazımdır.
Enerji təchizatı təhlükəsizliyi cəbhəsinə gəldikdə isə, şübhəsiz ki, Xəzər qazı Avropa üçün qaz idxalını diversifikasiya etmək və Rusiyanın asılılığından çıxmaq üçün vacibdir. Hazırda Azərbaycan Avropa bazarına alternativ qaz göndərə biləcək yeganə Xəzər təchizatçısıdır. Bu, həm də Azərbaycan üçün Avropa bazarına çıxış imkanlarını genişləndirməyə imkan verər. Burada qazın satış qiyməti ilə nominal dəyəri arasında fərqlə bağlı problem yaranır. Düşünmürəm ki, bu təklif avropalı qaz istehlakçıları tərəfindən bəyənilsin. Enerji təhlükəsizliyinin maliyyə tərəfi də var. Məncə Avropaya qaz verilməsində fasilələrin iqtisadi və sosial qiymətləri nə qədər sərtliklə hesablanarsa, Azərbaycanın Avropa enerji təhlükəsizliyinə töhfəsi daha müsbət anlamda qəbul edilər. Əlbəttə, təkcə avropalı istehlakçılar deyil, Azərbaycan rəsmiləri də elə yekun iqtisadi arqumentlər çıxarmalıdırlar ki, bu, təhlükəsizliyin qiymətinin son həddini nümayiş etdirsin və həm Azərbaycan üçün, həm də Avropalı istehlakçılar üçün əlverişli olsun.
- “Nabucco” layihəsinin öz əhəmiyyətini itirdiyi barədə narahatlıqlar var. Bəziləri Azərbaycanın “Nabucco” üçün kifayət qədər ehtiyatı olduğuna şübhə edir. Siz layihənin gələcəyi barədə nə fikirləşirsiniz? Mərkəzi Asiyadan tərəfdaşların qoşulmayacağı təqdirdə “Nabucco”nun gələcəyinə inanırsınızmı?
- Diversifikasiya məqsədləri üçün Avropaya istənilən tranzit layihəsinin sınağı iki meyarla ölçülür. Birincisi, kəməri doldurmaq üçün kifayət qədər məhsul varmı? İkincisi, təklif olunan tranzit infrastrukturunun (mövcud kəmər sistemlərinin və ötürücülük qabiliyyətinin təkmilləşdirilməsi və ya yeni kəmərlər) iqtisadi cəhətdən əhəmiyyəti varmı? İkinci məqamla bağlı mən enerji təchizatı təhlükəsizliyindən əldə edilən mənfəətlə bağlı (müstəqil şəkildə həm istehsalçı, həm də istehlakçı tərəfindən hesablanmış) əvvəlki açıqlamamı xatırlatmaq istəyirəm. Əgər maya dəyəri və ötürülmə haqları həm istehsalçı, həm də istehlakçı üçün əlverişli olarsa, qiymətlər monopoliyanın təklif etdiyi təklif etdiyi qiymətlərdən yüksək olsa belə, layihə alınacaq. Əgər marşrutlar diqqətlə yoxlanılsa “Nabucco” və ya başqa tranzit layihə sınaqdan çıxsa “Nabucco” bu gün bir neçə il bundan əvvəl təklif olunduğu andan heç də az aktual olmayacaq.
İkincisi, əgər Azərbaycan ən sadə səviyyədə “Nabucco”nun birbaşa investoru olsaydı, bu Azərbaycanın kəməri doldurmaq üçün kifayət qədər qazının olub-olmadığını asanlıqla müəyyən edərdi. Bu, ötürücülüklə bağlı suala cavab olmalıdır.
Üçüncüsü, əgər “Nabucco” maksimum ötürücülük qabiliyyəti ilə bağlı məqsədinə çatmaq istəyirsə, onun əlavə təchizatçılara ehtiyacı olacaq. Mən düşünmürəm ki, əvvəlcə Avropaya 10 milyard kubmetr qaz göndərmək barədə öhdəlik götürən Türkmənistan qazın ötürülməsində maraqlı deyil. 2009-cu ildə İraqın baş naziri Avropanı 15 milyard kubmetr həcmində qazla təchiz etməkdə maraqlı olduqlarını bildirib. Bunun “Nabucco” üçün nəzərdə tutulmuş qaz olub-olmadığı məsələsi açıq olaraq qalır.
- Azərbaycanla Rusiya arasında qaz ixracı barədə razılaşma var. Bu razılaşma “Nabucco”, eləcə də Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığı üçün təhlükəlidirmi?
- Azərbaycan qazı ilə bağlı fəaliyyəti, məsələn, “Nabucco”, AGRI, İTGİ, “Şahdəniz”in işlənməsini nəzərə alsaq, mən düşünmürəm ki, Azərbaycandan Rusiyaya göndəriləcək qaz 0,5 milyard kubmetr olsun. “Qazprom”un bu təşəbbüsünün səbəbləri maraq doğurur. Bu, ya Rusiyanın qaz sənayesində vəziyyətin pisləşməsindən xəbər verir, ya da Rusiyanın regionlarının tələbatını ödəmək üçün Azərbaycandan qaz almağa ehtiyacı var.
Bu razılaşma və qaz sahəsində Avropa ilə Azərbaycan arasında gələcək əməkdaşlıqla bağlı sizin sualınıza gəlincə, ilk baxışdan mən düşünmürəm ki, Azərbaycanla Avropa arasında qaz sahəsində əməkdaşlığa təhlükə törədir. Bundan əlavə, Türkiyənin daxili bazarında Azərbaycana kiçik miqdarda qaz satmağa imkan verən Türkiyə-Azərbaycan əməkdaşlığı barədə razılaşma Azərbaycan qazının Türkiyə vasitəsilə sonunda Avropaya ötürülməsinə şərait yaradır.
Hansı tranzit layihəsinin hər iki tərəfə böyük xeyir gətirəcəyindən asılı olmayaraq, avropalı tərəfdaşlarla ticarət sahəsində gücləndirilmiş fəaliyyət Azərbaycan-Avropa Birliyi münasibətlərinin gələcəyi üçün ümidvericidir.
Xəbər Lenti
Sikorski: Zelenski və Putin birbaşa danışıqlar aparmalıdır
DÇ-2026: Portuqaliya, Kolumbiya və DR Konqo 1/16 finala yüksəlib
Yaponiyada 6 bal gücündə zəlzələ baş verib
Argentina Prezident Administrasiyasının rəhbəri korrupsiya iddiaları fonunda istefa verib
Tramp: İran hücumları davam etdirsə, ABŞ hərbi əməliyyatları genişləndirə bilər
FP: ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması əks nəticə verir
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
DÇ-2026: İngiltərə, Xorvatiya və Qana 1/16 finala yüksəlib
BMT: Venesueladakı zəlzələ 6,7 milyondan çox insana təsir göstərə bilər
ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Britaniyanın dənizdə döyüş növbəsində olan zərbə sualtı qayığı qalmayıb
KİV: İsrail iyunun 28-də Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxaracaq
Netanyahu seçkilərdən sonra geniş milli hökumət quracağını açıqlayıb
Venesuela sahillərində 5,4 bal gücündə zəlzələ baş verib
Londonda avtomobil piyadaların üzərinə sürülüb, xəsarət alanlar var
Venesuelada zəlzələ qurbanlarının sayı 1400-ü keçib
Netanyahu: ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nokautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb