Bank Of Baku

Azərbaycanın metallurgiya sənayesində istehsal həcmi 31% artıb

Azərbaycanın metallurgiya sənayesində istehsal həcmi 31% artıb
# 28 oktyabr 2010 07:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 130 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehsalın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 30,7% artıb, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9,1% azalıb.

Yanvar-sentyabr ayları ərzində bu sahədə 86,8 min ton və ya 2,3 dəfə çox polad tökmə, 96,9 min ton və ya 11,7% çox armatur, 936 ton və ya 4,6 dəfə çox məftil və kanatlar istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR