Bank Of Baku

«Azərikimya»nın Üzvi Sintez Zavodunda məhsul istehsalına başlanıb

«Azərikimya»nın Üzvi Sintez Zavodunda məhsul istehsalına başlanıb
# 28 oktyabr 2010 07:23 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyinin Üzvi Sintez Zavodunda propilenin istehsalına başlanılıb.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, istehsal prosesi üçün mühüm olan propilenin yerli şəraitdə, «EP-300» kompleksində alınması elə ilk gündən propilen oksidi sexində işin ahəngdarlığını təmin edib.

Qeyd edək ki, propilen oksidi neft-kimya sənayesinin bir çox mühüm sahələrində, o cümlədən sadə poliefirlərin, müxtəlif səthi aktiv maddələrin, qlikolların, qliserinin alınmasında istifadə olunur və lak-boya sənayesində, vinil qətranının alınmasında həlledici və stabilləşdirici kimi tətbiq edilir.

Nəzərdə tutulduğu kimi, propilen oksidinin ilk partiyası yaxın günlərdə alıcılara çatdırılacaq. Üzvi Sintez Zavodunda propilen oksidi sexindən başqa digər istehsalat sahələrinin də fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulub. Alıcı tələbatından asılı olaraq yaxın vaxtlarda zavodda poliefir qətranı, propilen-qlikol, ferroxrom-liqnosulfonat və polietilen istehsalına başlanılacağı da gözlənilir.

Xatırladaq ki, «Azərikimya» İB-də aparılan əsaslı təmir işlərindən sonra artıq Etilen-Polietilen Zavodunda «EP-300» və «Polimir-120» kompleksləri, Səthi Aktiv Maddələr Zavodunda isə elektroliz istehsalat sahələrinin fəaliyyəti bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR