Bank Of Baku

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb

Azərbaycanda sənaye mal ehtiyatları indeksi kəskin artıb
# 28 oktyabr 2010 12:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalında mal ehtiyatları indeksi 2010-cu il oktyabr ayının 1-nə müsbət 6,7% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks sentyabrın 1-nə mənfi 5,5%, avqustun 1-nə isə mənfi 13,3%-ə bərabər olub.

Mal ehtiyatları indeksi sənaye müəssisələrinin anbarlarında qalan hazır məhsul ehtiyatları üzrə ay ərzində yaranmış fərqin dəyərinin həmin ayın əvvəlinə olan ehtiyatların həcminin dəyərinə nisbəti kimi hesablanır və hazır məhsul ehtiyatlarının ay ərzində dinamikasını əks etdirir.

Qeyd edək ki, Azərbaycanda 2010-cu il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 222,1 mln. manat həcmində hazır məhsul ehtiyatı olub ki, bu da sentyabrın əvvəli ilə müqayisədə 14 mln. manat çoxdur.

İndeksin artması və müsbət rəqəmlə ifadə olunması istehsal edilən malların istehlakçılara göndərilən məhsulların aylıq müqayisədə azalmasını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR